Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 12:36:00
Balakən məktəbində olimpiada qalibləri mükafatlandirılıb

10 may 2023-cü il tarixində Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin olimpiada qaliblərinin mükafatlandirma mərasimi keçirilib.

 

Məktəbdən AzEdu.az verilən məlumata görə, biologiya fənni üzrə olimpiada qalibləri 10-cu sinif şagirdi İbadov Ülvi Elman oğlu (müəllim Tahirova Mayisə), 8-ci sinif şagirdi Padarov Məhəmməd Ruslan oğludur (müəllim Şirbidova İradə). Bu şagirdlər Balakən rayonu üzrə yeganə olimpiada qalibləridir.

 

Açıklama yok.

 

Qeyd edək ki, Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin 5, 6, 7-ci sinif şagirdlərindən 41 nəfəri Lütfi Zadə adına məntiq olimpiadası və fənn musabiqələri üzrə yarımfinala vəsiqə qazanıb.

 

Bu şagirdlərin 13 nəfəri 5-ci sinifdə oxuyurlar. Onlar Lütfü Zadə adına məntiq olimpiadasının qalibləridirlər. 13 nəfər riyaziyyat fənni üzrə 6-ci sinif şagirdi, 3 nəfər informatika fənni üzrə II yarımfinala vəsiqə qazanıb. 7-ci siniflər üzrə kimya fənnindən 4 nəfər, biologiya fənnindən 6 nəfər, fizika fənnindən 2 nəfər yarımfinala vəsiqə qazanıb.