Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 13:06:00
Universitet bufetlərində vəziyyət necədir? - “Azərbaycan”ın yeməkxanasından REPORTAJ

Universitetlərin bufetləri tələbələrin demək olar ki, həm nahar etmək, həm asudə zamanlarını dəyərləndirmək üçün ən çox vaxt keçirdikləri yerlərdən biridir. Hər bir ali təhsil ocağının yeməkxanasının özünəməxsus qaydaları, yemək menyusu, qiymət cədvəli var. Təbii ki, yeməklər də keyfiyyətinə görə fərqlənir.

 
AzEdu.az saytı universitetlərin yeməkxanalarından silsilə reportajlar təqdim edir. Tələbələr bufetlərdə nə yeyir, nə içirlər, qiymətlər onların cibinə uyğundurmu?.. Bu və digər suallara ali təhsil ocaqlarının yeməkxanalarından hazırladığımız yazılarda cavab tapa bilərsiniz.

Ötən yazımızda UNEC-in yeməkxanasındakı vəziyyəti sizə təqdim etmişdik.


Növbəti reportajımız Azərbaycan Universitetinin (AU) yeməkxanası ilə bağlıdır.

 


Azərbaycan Universitetinin yeməkxanasında bizi İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ayşən Hüseynova və Ramazan Musayev qarşıladı. Qısa söhbət əsnasında ümumi məlumat verdilər, yeməkxana ilə tanış etdilər.

Biz yeməkxanaya daxil olanda dərs saatı olmasına baxmayaraq, zalda yetərincə tələbə var idi.

 

Bizim üçün maraqlı idi, "Azərbaycan"ın yeməkxanasında tələbələrin ən çox yedikləri hansı yeməklərdir… Bu məqsədlə olara yaxınlaşdıq…

 

Açıklama yok.

 

Filologiya fakültəsinin I kurs tələbəsi Gülər Paşalı bufetdən ən çox pizza aldığını söylədi:

 

“Hər gün yemək üçün olmasa da, boş vaxtlarımızda söhbət etməyə, dərs oxumağa bura gəlirik. Bufetdən ən çox yeməyə pizza alıram. Yeməklərin keyfiyyəti bizi qane edir, qiymətlər də ucuzdur. Bir nahara təxminən 1 manat 40 qəpik pul xərcləyirəm”.

 

Açıklama yok.

 

Filologiya fakültəsinin I kurs tələbəsi Solmaz İlyaszadə də yeməkxananın daha çox un məlumatlarından hazırlanmış məhsullarını sevir:

 

“Hər gün yemək üçün bufetə gəlirəm. Qazan yeməkləri sevmədiyimdən əsasən bulka, sendviç kimi hazır qidalar alıram. Ən çox meyvə şirəsi içməyi sevirəm. Qidaların keyfiyyəti əladır, normalda bir nahara 2 manata yaxın pulum çıxır”.

 

Açıklama yok.

 

Biznesin idarəedilməsi ixtisasının I kurs tələbəsi Kamil Allahverdiyevə görə, qiymətlərdə bir az artım var:

 

“Bufetə həftədə 2-3 dəfə gəlirəm, sendviç kimi hazır qidalara üstünlük verirəm. Yeməklər həmişə təzə olur, keyfiyyəti də yaxşıdır. Qiymətlərdə isə son vaxtlarda bir az artım var, amma ümumilikdə normaldı, bir dəfə yeməyə 2-3 manat xərcim çıxır”.

 

Açıklama yok.

 

Biznesin idarəedilməsi ixtisasının I kurs tələbəsi Amal Ağayev isə ümumiyyətlə çöldə yemək yemir:

 

“Hər gün bura gəlirəm, amma çöldə yemək yeməyi sevmədiyim üçün bufetdən də yemək almıram. Belə gəlib dostlarımla oturub söhbət edirəm. Normalda bir dəfə səhər yeyib evdən çıxıram, bir də axşam evə gedəndə yeyirəm. Bəzən axşamlar işləyirəm. Çöldə olduğum müddətdə maksimum su alıb içərəm”.

 

Bufetdə təqdim olunan qidalar haqqında daha geniş məlumat almaq üçün yeməkxana müdiri Asenat Kərimova ilə də söhbət etdik.

 

Müsahibimizdən tələbələrin ən çox hansı yeməklərə üstünlük verdiklərini soruşduq.


Məlum oldu ki, Azərbaycan Universitetinin yeməkxanasına gələn tələbələr ən çox bulka, pizza kimi bişmə məhsulları sevirlər:

 

Açıklama yok.

 

 - Ən çox hansı yeməklərə üstünlük verilir?

 

- Müəllimlər ən çox dietik yeməklərə üstünlük verir. Hımin yeməkləri müəllimlərin istəyinə uyğun hazırlayırıq. Tələbələr isə isti yeməklər sevmirlər, buna görə də onlar üçün bulka, pizza kimi bişmə məhsullarımız olur.

 

Açıklama yok.

 

- Satışda olan ən bahalı və ən ucuz yeməklər hansılardır?

 

- Bizdə bahalı demək olar ki, heç nə yoxdur. Yeməklər arasında ən yuxarı qiyməti 2 manat olan burger, ən ucuz isə qiyməti 60 qəpik olan bulkalardır.

 
- Hər gün eyni yemək olur, yoxsa dəyişir? Bəs menyu necə müəyyənləşir?

 

 - Əsasən, menyu eyni olur, bəzən isə müəllimlərin istəyinə görə əlavələr edirik.

 

- Bufetdə qadağa qoyulan yeməklər varmı?

 

 - Xeyr, heç bir yeməyə qadağa yoxdur. Sadəcə enerji içkiləri, spirtli içkilər satmırıq.

 

Açıklama yok.

 

 - Heç zəhərlənmə halı baş verib?

 

 - İki il ərzində belə bir hal olmayıb.

 

 - Bəs yeməklərin saxlama müddəti nə qədərdir?

 

 - Hər gün səhər 6-dan burada oluruq. İlk növbənin birinci tənəffüsünə qədər yeməklər hazır olur. Bizdə dərslər 3 növbədir, axşam saat 10-a qədər burada oluruq. Günlərə görə neçə pors hazırlamalı olduğumuzu bilirik və buna uyğun da yeməklər bişiririk. Əsasən yeməklərimiz artıq qalmır, amma qalanda isə imkanı olmayanlara veririk.  

 

Açıklama yok.

 

 - Mövsümə uyğun meyvə-tərəvəz də verirsinizmi?

 

 - Mövsümə görə menyuda əlavələr olur. İndi meyvəli tortlarımız var, hər birini özümüz burada hazırlayırıq.

 

Daha sonra yeməklərin hazırlanma prosesi ilə tanış olmaq üçün pərdə arxasına - mətbəxə yollandıq.

 

Açıklama yok.

 

Bizi mətbəxlə tanış edən baş aşbaz Ziyafət Rüstəmova söhbət zamanı bildirdi ki, tələbələr səhər universitetə gələn kimi bufetdən julyen alırlar: 

 

Açıklama yok.

“Gündəlik aşağısı 10 çeşid xörək bişir. Ən gec saat 07:00-da universitetdə oluruq, 1 saat ərzində yeməkləri hazırlayırıq. Ən çox tələb julyenədir. Hətta tələbələr səhər saat 9-a işləmiş belə gəlib o yeməyi istəyirlər. Biz də çalışırıq ki, tələbələrimizin istəyinə uyğun yeməklər bişirək, onların ürəyicə olsun”.

 

Qeyd edək ki, bufetdə pedaqoqlar üçün ayrılmış xüsusi kabinetlər də mövcuddur. Müəllimlərin də bufet haqqında fikirlərini öyrənmək üçün onlara yaxınlaşdıq. 

 

Açıklama yok.

 

İlk həmsöhbətimiz xarici dillər kafedrasının müdiri Aygün Qasımova oldu. O bildirdi ki, bufetdə nahar etməyə zamanı olmadığı üçün çox vaxt yeməyini alıb öz otağında yeyir. Ən çox bəyəndiyi isə yeməkxananın salatlarıdır:

 

“Universitetin yeməkxanasına demək olar ki, hər gün gedib yemək yeyirdim. Bufetdə səhv etmirəmsə, müəllimlər üçün ayrıca yerlər də yaradılıb, amma yeməkxana onsuz da böyükdür, müəllimlər də tələbələrlə birlikdə otura bilərlər. Sadəcə, mən bu ildən işlərimin çoxluğuna görə gedib bufetdən yemək alıram, amma gəlib otağımda yeyə-yeyə işimi görürəm. Normalda yeməklərdən daha çox salatları bəyənirəm. Ən son paytaxt salatı almışdım, o bir qırağa, yanında verdikləri çörəyi çox bəyəndim, qeyri-adi dadı var idi”. 

 

Növbəti müsahibimiz Tərcümə-filologiya kafedrasının müdiri Samirə Məmmədova isə rəhbərliyin də naharını yeməkxanada etdiyini söylədi: 

 

“Mən Azərbaycan Universitetində 2012-ci ildən müəllim, 2017-ci ildən isə kafedra müdiri kimi fəaliyyət göstərirəm. Bufetə demək olar ki, qışda daha çox gedirik, yazda getməmək səbəbimiz artıq çəkilərdən qurtulmaq məqsədlidir. Belə başqa səbəbimiz yoxdur, bufetimizin yeməkləri çox dadlıdır. Düzü, artıq bizi nəzərə alıb dietik yeməklər də bişirilir ki, bu da alqışalayiqdir. Bufetdə ən çox üstünlük verdiyimiz məsələlərdən biri oldur ki, ən xırda irad belə rəhbərliyə bildirilən kimi dərhal aradan qaldırılır.

 

Açıklama yok.

 

Bizim bufetdə geniş məkanımız var, mən özüm də həmişə tələbələrlə iç-içə olduğum üçün rahatlıqla gedib orada yemək yeyirəm. Bundan əlavə, terrasda müəllimlər üçün ayrıca 3-4 ədəd kabinetlər də var ki, bəzən bir neçə müəllim olanda gedib əyləşib, yeməyimizi yeyirik.

 

Biz bunun şahidiyik ki, rəhbərliyin belə yediyi yeməklərin hamısı bifetdən gəlir, gözümüzün önündə gətirirlər. Bu səbəbdən də bütün məhsullar o qədər keyfiyyətli seçilir ki, biz də rahatlıqla istifadə edirik. Tələbələrin də bunu görməsi çox böyük bir şeydir.”

 

Beləliklə, Azərbaycan Universitetinin yeməxanası haqqında reportajımızı bitirdik.


İşimizi yekunlaşdırandan sonra “bura qədər gəlmişkən, özümüz də yeməklərin dadına baxaq” deyib, fotoqrafımızla bir neçə çeşid xörək aldıq, xüsusən də, ən çox təriflənən paytaxt salatını daddıq… Doğrudan da keyfiyyət yaxşı idi… Nuş olsun!