Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 11:31:00
Məktəblərdə PSİXOLOQ vəzifəsinə qəbul belə aparılır  

Respublika ərazisində yerləşən bütün məktəblər üçün psixoloq fəaliyyəti nəzərdə tutulub.

 

Sosial şəbəkələrdə bir çoxları belə bir sualla müraciət edir: məktəbəqədər psixologiya və pedaqogika ixtisasını bitirən şəxs məktəbdə psixoloq işləyə bilərmi?

 

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə yolu ilə, kompüter proqramı tətbiq olunmaqla həyata keçirilir.

 

Qeyd olunan vəzifəyə işə qəbul üzrə müsabiqə şəffaflıq və obyektivlik prinsipləri təmin edilərək mərkəzləşdirilmiş qaydada, üç mərhələdən ibarət olmaqla (elektron müraciətlərin qəbulu, test imtahanı və müsahibə) təşkil edilir. Müsabiqələrin keçirilmə vaxtı, şərtləri və qaydaları barədə ictimaiyyətə öncədən məlumat verilir.

 

Ətraflı məlumat üçün müvafiq regional təhsil idarəsinə müraciət etməyiniz tövsiyə olunur.