Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 10:22:00
“Asan xidmət” mərkəzləri 1-ci siniflər üçün qeydiyyata KÖMƏK EDƏCƏK

“Qeydiyyat prosesində hansısa problem ilə üzləşən valideynlər "Asan xidmət"lərə müraciət edə biləcəklər”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

 

“Qeydiyyatdan keçərkən bəzən valideynlər bir sıra problemlərlə qarşılaşırlar. Artıq respublikamızın müxtəlif şəhər və rayonlarında 11 "Asan xidmət" mərkəzlərində “Təhsil xidməti” fəaliyyət göstərəcək. Vətəndaşlar bu mərkəzlərdə müraciət edərək məktəbəqəbul prosesi ilə bağlı köməklik ala bilərlər. Eyni zamanda, bizim hər il fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərimiz var. Valideynlərin məktəbəqəbul prosesi ilə bağlı sualları burada cavablandırılır. Onlar məktəbəqəbul.edu.az portalından şəxsi kabinetlərinə daxil olduqları zaman orada həm Alternativ Qeydiyyat Mərkəzlərini, həm də "Asan xidmət"lərlə bağlı bütün məlumatları əldə edə bilərlər".

Xatırladaq ki, bu gün - mayın 11-də 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.