Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 10:19:00
Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə sertifikatlar verilir

26 may və 29 iyul 2018-ci il tarixlərində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

26 may və 29 iyul 2018-ci il tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 26 may və 29 iyul 2018-ci il tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edirlər.

Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.