Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 16:32:00
Ucqar kənd müəlliminin AzEdu.az üçün tanıtım yazısı –Şagird sayı  10 dəfə azalan kənd məktəbində sərgüzəştlər

AzEdu.az coğrafiya müəllimi İdris Abıyevin yazısını təqdim edir:

Gənc müəllim özünü AzEdu.az-a təqdim edir:

Mən Abıyev İdris Fazil oğlu 12.06.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuşam. Orta məktəbə 1998-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 126 nömrəli tam orta məktəbə getmişəm və 2009-cu ildə məzun olmuşam. Həmin il Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə, ondan sonra magistratura pilləsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşam. Lakin hərbi xidmətə gedib gəldikdən sonra magistratura təhsilimi almışam.

İdris Abıyev ilk dəfə 2015-ci ildə Müəllimlərin İşə qəbulu imtahanlarında iştirak edərək yüksək nəticə əldə edir. Topladığı bal ilə Bakı məktəblərini seçmək şansı olsa da, o , Bakını seçmir. Gənc müəllim vakansiya siyahısına baxarkən valideyinlərinin təhsil aldığı Kürdəmir rayon, Qacar Sadıqov adına  Mollakənd kənd tam orta məktəbində ixtisasına uyğun vakansiya olduğunu görür və tərəddüd etmədən seçimimi məhz bu ucqar kənd məktəbinə edir.

Palçıqlı yollarla təhsil ocağına....

İdris deyir ki, məktəbin binası sovet dövründə inşa edilmişdi, 2 mərtəbədən ibarət böyük bina idi - geniş həyəti, futbol meydançası var idi. Lakin...

“Payız, qış aylarında məktəbə gedən yol palçıq olurdu. Sinif otaqlarını isitmək üçün odun yandırırdıq. Ötən  illərdə məktəbdə 2000 şagird təhsil alsa da, hazırda burada oxuyanların  sayı 250 nəfərə yaxındır. Məktəbin müəllim kollektivinin bir hissəsi həm də valideyinlərimin müəllimləri olublar. Onlarla bir məktəbdə çiyin-çiyinə işləmək ayrıca şərəf oldu. Qəbul olduğum ilk ildən müəllim kollektivinin və kənd ictimaiyyətinin hörmətini qazanmağa başladım. Müasir təlim metodları, müasir üsulları yeri gəldikcə dərslərdə tətbiq etdim. Bu təlim metodları şagirdlər  tərəfindən həvəslə qarşılanır. Şagirdlərim coğrafiya fənnindən fənn olimpiadasının rayon turunda uğurlu nəticələr əldə ediblər”.

Şagirdlərə həm müəllim, həm də böyük qardaş olduğunu deyən gənc müəllim bir şagirdi ilə qısa əhvalatını nəql edir:

“Məktəbdə işləməyə başladığım ildən sinif rəhbəri olmuşam. Sinifdə şagirdlərimdən biri məktəbə çox gec-gec gəlirdi. Gəldiyi günlərdə də dərslərdən yayınmağa çalışırdı. Səbəbini soruşduqda məktəbdə sıxıldığını deyirdi. Artıq zamanla şagirdimlə fərdi söhbətlər edir, onunla maraqlandığımı sözlə deyil, əməlimdə göstərirdim ki, bununla da artıq şagirdin mənə tək müəllim kimi yox, həm də böyük qardaş kimi hörməti yaranmışdı. Beləcə, artıq daha az dərs buraxırdı və gələ bilməyəndə də əvvəlcədən xəbər edirdi. Daha əvvəl işlədiyim məktəbdə Coğrafiyadan ixtisas müəllimi olmadığı üçün bu fənnə maraq və II qrupa hazırlaşan şagird olmamışdı. Amma işlədiyim illər ərzində şagirdlərdə coğrafiyaya maraq yaratmışdım və II qrupa sənəd verənlər də var idi. Ümid varam ki, məndən sonra vakansiya tutmuş müəllim də həmin uşaqlara əllərindən  gələn köməkliyi edəcək”.

 “Kənd məktəbində siniflərdə uşaqların sayı az olduğu üçün adlarını tez yadda saxlaya bilirdim...”

“Kənd məktəbində işləyəndə sinifdə uşaqların sayı az olduğu üçün (siniflərdə 10-16) qısa müddətdə  ikinci  dərsdən sonra hamısının adını əzbər bilirdim. Hər sinifdən 1 dənə olduğundan rahat idi. Amma şəhər məktəbində siniflər a,b  bölündüyü, üstəlik, uşaq sayı nisbətən çox olduğu üçün bütün şagirdlərin adını yadda saxlamağım 4-5 dərs ərzində mümkün olur. Çünki həftə ərzində cəmi 2 - 45 dəq şagirdləri görə bilirəm. İndi yeni qəbul olduğum məktəbdə II həftədir ki şagirdlərlə ünsiyyətdə oluran, demək olar ki, 70% şagirdin adın bilirəm”.

Qeyd edək ki, İdris Abıyev bu il yenidən MİQ imtahanında iştirak edib, 59 bal toplayaraq Bakı şəhəri Binəqədi rayonu 102 saylı məktəbə yerini dəyişib.

“Müəllim olmaq istəyən gənclərə məsləhətim: dərslərə məsuliyyətli hazırlaşsınlar, yeni dərsliklər və test tapşırıqları ilə işləsinlər.

Gənc nəslimizin inkişafında 3 il durmadan çalışdığım kimi bu yolda yenə də səylə və əzimlə çalışacağam”.