Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 11:41:51
DİM sədri: Moskvada təhsil aldığımız illərdə Heydər Əliyevin qayğısını daim hiss edirdik

Heydər Əliyevin hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi illəri qürur hissi ilə xatırlayıram. Onun 1969-cu ildə Azərbaycana rəhbər təyin olunması ilə respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sferasında da ciddi dönüş yaranmağa başlandı.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfransda söyləyib.

 

Məleykə Abbaszadə Heydər Əliyevin təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə dövlətçiliyin və cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşdığını vurğulayıb və onun təşəbbüsü ilə Azərbaycan gənclərinin 1970-ci ildən başlayaraq daha çox ehtiyac duyulan ixtisaslar üzrə SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini söyləyib. “Bu addım respublikanın yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasına, milli kadr potensialının daha da gücləndirilməsinə yeni imkanlar yaratdı. Belə xoşbəxt gənclərdən biri kimi mən də 1970-ci ildə orta məktəbi bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış Hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almağa başladım. Orada təhsil aldığımız illərdə biz Heydər Əliyevin sovet respublikalarında təhsil alan Azərbaycan gənclərinə qayğı və diqqətini daim hiss edirdik. O, gənclərin yaxşı təhsil almaqla yanaşı, vətənpərvərlik, müasirlik ruhunda yetişməsi uçun lazımi tədbirlər görürdü”, – deyə sədr bildirib.