Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 17:25:10
Özəl məktəblərdə qiymətlər niyə artır? - Nazirdən AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev özəl orta məktəblərdə təhsil haqqının artırılmasına münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında təhsil qiymətlərinin valideyn və sahibkarlıq fəaliyyəti göstərən qurum arasında olduğunu deyib:

 

“Elm və Təhsil Nazirliyi təhsil müəssisələrinin əsasən pedoqoji fəaliyyətini tənzimləyir. Burada tədris planlarına və Azərbaycanda mövcud olan standartlara uyğun tədrisin təşkilinə nəzarətdən söhbət gedir”.