Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 14:13:00
İnformatikadan qəbul imtahanı verəcək abituriyentlərlə bağlı PROQNOZ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) qərarına əsasən, 2023-cü ildən I ixtisas qrupu üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı, informatika fənnindən də imtahan verəcəklər.

 

İnformatika fənnindən ilk dəfə imtahan verəcək abituriyentlərin fikirləri müxtəlifdir. Bəziləri bu fənnə bir ötəri yanaşsalar da, digər bir qisim nəticəsinin necə olacağından narahatdır.

 

Sözügedən fənninin bu ildən blok imtahanlarına salınması ilə informatika fənnini tədris edən müəllimlərin də məsulliyətini artırdı.

 
Yeri gəlmişkən, DİM-in mayın 4-nə olan məlumatına görə, qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində Rİ altqrupu üzrə imtahanda iştirak etmək istəyən 2680 abituriyent qeydiyyatdan keçib.

Maraqlıdır, ilk dəfə keçiriləcək bu imtahan öncəsi abituriyentlərin və müəllimlərin hazırlıq səviyyəsi nə dərəcədədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Elçin Əfəndi informatika fənni üzrə vəziyyətin o qədər də gərgin olmadığını vurğulayıb:

Açıklama yok.

 

“Abituriyentlər bu il və bundan əvvəlki il informatika fənni üzrə hazırlıq keçiblər. Həmçinin, Dövlət İmtahan Mərkəzi tərəfindən sırf bu fənn üçün təşkil olunan sınaq imtahanında nəticələr o qədər də pis deyildi. Düşünürəm ki, o qədər də ciddi hazırlığa ehtiyac duyulmur. O baxımdan ki, abituriyentlər riyaziyyat fənnini daha yaxşı mənimsəyirlər. İnformatikada da riyyaziyyat və digər məsələlər olduğunu nəzərə alsaq, şagirdlər üçün imtahanın asan keçəcəyini deyə bilərik”.

 

Ekspert qeyd edib ki, informatika fənni üzrə yaxşı hazırlaşdıran müəllim heyəti yetəri qədər var:

 

“Magistratura səviyyəsində, eyni zamanda dövlət qulluğu imtahanında informatika fənni var. Və bu imatahanlardan keçən şəxslər informatika fənnini tədris edirlər. Bu baxımdan düşünürəm ki, abituriyentlər kifayət qədər informasiya əldə edə bilirlər. Məktəblərə gəldikdə isə düşünürəm ki, burada da informatika fənni üzrə yaxşı dərs deyən, kifayət qədər potensialı yüksək müəllimlər mövcuddur. Burada əsas olan abituriyentlərin dərslərə nə qədər diqqətli və məsuliyyətli yanaşmalarıdır”.

 

E.Əfəndi bildirib ki, vəziyyətin nə yerdə olduğu blok imtahanından sonra aydınlaşacaq:

 

“İnformatika fənnindən sınaq imtahanı keçirilsə də, biz blok imtahanından sonra dəqiq şəkildə deyə bilərik ki, bu fəndən vəziyyət nə yerdədir. Düşünürəm ki l qrupda mövcud olan ixtisaslara bu fəndən imtahan verməklə qəbul olunmaq sözügedən informatikaya qarşı marağı və diqqəri daha da artıracaq”.

 

 

AzEdu.az-a danışan informasita texnologiyaları (İT) üzrə mütəxəssis Tural Sofuyev informatika imtahanı ilə bağlı bəzi məqamlara diqqət yetirib:

Açıklama yok.

 

“İnformatika fənnində imtahana düşən suallar sinif dərsliyi ilə nəzərə alındıqda daha çətin olarsa, bu böyük bir qarışıqlığa səbəb olacaq. Ötən ay keçirilən buraxılış imtahanında da biz bunun şahidi olduq. Riyaziyyatdan çaşqınlıq yaradan bir neçə sual abituriyentlərin xeyli narazılığına səbəb olmuşdu. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi bu riski informatika fənnindən də etməz. Çünki  riyaziyyat, fizika, kimya kimi fənnlərlə bağlı çox abituriyentin müəyyən bir bazası var. Bu fənlərin tədrisi zamanı şagirdlər informatikaya olduğu kimi ötəri yanaşmayıb”.

 

 

Mütəxəssis bu fənnin tədrisinə məktəblərdə ciddi yanaşılmadığını qeyd edib:

 

“Məktəblərdə informatika fənninin tədrisində şahid olduğum nüanslardan biri də müəllimlərin və şagirdlərin bu dərsi yola vermələri idi. İnformatika heç bir imtahanda olmadığı üçün demək olar ki, bir çox müəllim dərslərə gününü keçirmək üçün girirdi. DİM-in informatika fənnindən keçirdiyi sınaq imtahanından sonra aydın oldu ki, abituriyentlər bu imtahana hazır deyillər. Düşünürəm ki, sınaq imtahanından sonra biz ümumi bir fikir söyləyə bilmərik. Çünki DİM tərəfindən sınaq imtahanlarında iştirak etmək üçün 40 AZN nəzərdə tutulur. Bu isə hər ailənin büdcəsinə uyğun deyil və bütün abituriyentlər məhz bu səbəbdən sınaqda iştirak edə bilmədilər.

 

l qrupda informatika fənni üzrə qeydiyyatdan keçənlərin statiskasına baxanda görürük ki, bu alt qrup imtahanında çox az abituriyent iştirak edəcək. Düşünürəm ki, daha yaxşı nəticələrə şahid olmaq üçün artıq bu fənnin üstünə düşülməli, test topluları nəşr olunmalıdır. Hazırda görünür ki, əsas fəaliyyət məktəblərin deyil, repetitor üzərinə düşür”.

 

 

T.Sofuyev informatika fənnini tədris edənlərin az olmağının səbəbini də açıqlayıb:

 

“Sadə məntiqlə yanaşsaq, informatikadan məktəb dərsliyində bu fənnin dərin bilikləri tələb olunur. Buna görə də proqramlaşdırmanı bu qədər yüksək səviyyədə bilən şəxslər 300-400 manatlıq müəllim maaşını və üstəlik ağır iş yükünü qəbul etməyib, özəl şirkətlərdə proqramçı kimi fəaliyyət göstərməyə üz tuturlar. Nəzəri əsaslarını yaxşı bilənlər də məktəbləri deyil, repetitorluğu seçirlər”.