Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 15:34:00
Müəllimlik ən çətin peşələrin "10-luğ"una daxildir

Rabota.ru və SberZdorovye Rusiya vətəndalarından hansı peşələrin daha çətin olduğunu soruşub.

Azedu.az saytı "RİA Novosti"yə istinadən xəbər verir ki, respondentlərin yarıdan çoxu - 52 faizi həkim peşəsini ən çətin peşə adlandırdıqlarını bildirib. İkinci yerdə - 34 faiz - kosmonavtların və mədənçilərin əməyidir. Üçüncü yerdə - 30 faiz - istehkamçı peşəsidir.

Rəyi soruşulanlardan 23 faizi müəllim işini çətin hesab edir. Dalğıclar, proqramçılar, hərbçilər, kimyaçılar və mühəndislər ondan sonra gəlir. Onlar müvafiq olaraq 15, 13, 12, 10 faiz səsə malikdirlər.

Respondentlərin 53 faizi peşənin mürəkkəbliyini məsuliyyət səviyyəsi ilə əlaqələndirir. Təxminən 38 faiz isə - işdə duyğularla.