Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 12:15:00
Xarici dilləri daha yaxşı öyrənmək üçün MƏSLƏHƏTLƏR

Xarici dil və dilləri öyrənmək bu gün bütün gənclərimizi düşündürən məsələdir. Orta və ali məktəblərdə təhsil alan yeniyetmə və gənclərin hamısı bu sahədə özlərini sınayırlar. Amma hamı istədiyinə nail olaraq xarici dili yetərincə mənimsəyə bilirmi? Təbii ki, yox.
İstədiyinə nail olanlar isə özlərini həyatda ən böyük uğurlardan birinə imza atmış hesab edirlər.  Bəlkə xoşbəxtlik elə budur.

Azedu.az təhsil portalı olaraq xarici dilləri öyrənənlər üçün davaml məsləhətlər verir, mütəxəssis metodlarını onların diqqətinə çatdırırıq. Bu silsilədən olan növbəti, sınanmış metodlara diqqət yetirmək maraqlı olacaq:

  • Danışmaq üçün tərəf müqabili

Daimi söhbətlər üçün dil daşıyıcısı tapmaq faydalıdır. İndiki şəraitdə bu çox asandır. Bunun üçün siz danışıq klubuna yazıla, internet vasitəsi ilə dilini öyrəndiyiniz ölkədən tərəf müqabili tapa bilərsiniz. Əsas odur ki, ünsiyyətiniz zövqünüzcə  olsun.

  • Uğursuzluqlara görə üzülməyin. Yalnız heç nə etməyənlər səhv etmirlər

Uğursuzluğu təcrübə kimi qəbul edin. Xarici dili heç kim ilk təşəbbüsdən mənimsəmir. Bu uzun, yorucu bir proses ola bilər. Amma sonda mütləq nəticə sizi gözləyir. Səhvlərinizin öyrənməyə,  marağınızın itməsinə səbəb olmasına imkan verməyin. Buna görə də öz qabiliyyətlərinizi və səylərinizi ədalətli qiymətləndirmək vacibdir.

  • Həvəsləndirmə və məqsəd qoyma

Xarici dil öyrənmək üçün qarşınıza məqsəd qoyduğunuzdan əmin olun. Məsələn, xaricdə təhsil almaq üçün getmək, daha gəlirli iş tapmaq, maraqlı bir kitab oxumaq və ya müvafiq materialı öyrənmək.

Öyrənilməsi lazım olan xarici dildə bloq yazmaq faydalıdır.

Nəzərə alın ki, sizin üçün vacib olan məqamları vurğulamaq lazımdır. Buna diqqət yetirin.

Hər bir insanın öz öyrənmə tərzi var. İnformasiyanı kimi qulağı ilə qavrayır, kimə isə əyani informasiya ilə işləmək daha yaxşıdır.

Effektiv üsullardan heç biri nəticə vermədikdə, tənbəlliyi dayandırıb işə başlamaq daha yaxşıdır.