Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 11:26:00
Cavab kartını karandaşla dolduranlara DİM-dən CAVAB

Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib olunmuş yaddaş kitabçasında da qeyd olunduğu kimi, imtahan iştirakçıları cavabları qeyd etmək üçün mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və ya HB sərtliyində sadə karandaş, qələm gətirməlidirlər. Bir çox şagird cavab kartını daha çox mürəkkəbli qələmlə doldurmağa üstünlük verir, qorxurlar ki, sadə karandaşla qeyd etsələr, birdən cavab nəzərə alınmaz.

 

Bəs şagird cavab kartını sadə qələmlə doldursa, buna görə onun nəticəsinin hesablanmasında problem ola bilərmi?

 

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) məsələyə aydınlıq gətirilib.

DİM-dən bildirilib ki, qeyd olunan cavablar başadüşüləndirsə, nəzərə alınmasında problem yaranmaz:

 

“Şagird cavabları aydın qeyd edibsə, nəzərə alınacaq”.