Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 10:48:00
Bu abituriyentlər kolleclərin ixtisas seçiminə buraxılacaq - ŞƏRTLƏR

XI siniflər üçün təşkil olunan buraxılış imtahanları artıq yekunlaşıb.

Kolleclərə qəbul buraxılış imtahanının nəticələri əsasında aparıldığından sosial şəbəkələrdə keçid balları ilə bağlı bir çox mövzular müzakirə olunur.


Bəs 11 illik bazada kolleclərin ixtisas seçimində hansı abituriyentlər iştirak edə bilər?


Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, 11 illik bazada kolleclərin ixtisas seçiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir). 

 

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.