Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 13:30:00
İmtahanda yüksək nəticə göstərən balakənli şagird - O, riyaziyyatçı kimi tanınır

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 və 12 mart tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb.

 

12 mart tarixli buraxılış imtahanından yüksək nəticə göstərən abituriyentlərdən biri də Fatimə Ocaqverdiyevadır.

 

AzEdu.az xəbər verir ki, Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdi buraxılış imtahanından 283 bal toplayıb.

 

Bu 11 il ərzində Fatimənin uğurları çox olub.

 

O, 2020-2021-ci tədris ilində IX sinifin buraxılış imtahanlarını da yüksək nəticə ilə başa vurub. Hər iki buraxılış imtahanlarında riyaziyyat fənnindən 100% nəticə göstərib.

Fatimə məktəbdə dərs əlaçısı olmaqla yanaşı, "Sabahın alimləri" Respublika müsabiqəsi kimi yarışlarda da fəal iştirakçıdır. Bütöv məktəb kollektivi onu istedadlı riyaziyyatçı kimi tanıyır.

 

Şagirdimizə təhsil həyatında uğurlar arzulayırıq.