Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 12:21:00
l qrupda altqrup fənni seçən abituriyentlərin diqqətinə: bunu mütləq OXUYUN!

Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

 

Hazırda abituriyentlərin ən çox verdiyi suallardan biri odur ki, l qrupda yalnız informatika yönümlü riyaziyyat-informatika (Rİ) altqrupunu seçənlər informatika fənnindən həmin qrupa daxil olan digər iki fənnlə bir yerdə, yoxsa əlavə gündə imtahan verəcək? 

 

AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) suala aydınlıq gətirib.


DİM-dən bildirilib ki, I qrup üzrə yalnız informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı, informatika fənnindən eyni vaxtda imtahan verəcəklər.

 

“Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən eyni vaxtda imtahan verəcəklər. Hər iki altqrupu seçən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə bir gündə informatikadan imtahan verəcəklər”- deyə DİM-dən bildirilib.