Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 12:30:00
Regionlar üzrə ən çox bal toplayanlar - Gəncə Daşkəsən bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq əksər Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazıda isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əhatə etdiyi Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq. 

 

Gəncə-Daşkəsən Regional Tədris İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin region üzrə buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 293 bal toplayıb. 

Açıklama yok. 

Bu, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səlminaz Orucovadır.

 

***

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik:

 
Açıklama yok.

Hüseynova Xədicə Səbuhi qızı - Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin XI sinif şagirdi - 286 bal; 

 

Açıklama yok.

Qəhrəmanova Nərgiz Məhəmməd qızı - Goranboy rayon 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi - 282 bal;  

 

Açıklama yok.

Süleymanlı Tural Taleh oğlu - Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin Rus bölməsi üzrə XI sinif şagirdi - 271 bal;  

 

Açıklama yok.

Minayə Zeynalova -  Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin XI sinif şagirdi - 268 bal.