Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 10:26:00
Həkimlər taleyə başqa peşə sahiblərindən daha çox inanırlar

Həkimlər digər peşə sahiblərinə nisbətən daha ekstrovertdirlər (Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Onlar insanlarla ünsiyyətdə olmaqdan enerji alırlar). Onlar eyni zamanda mehriban və vicdanlıdır, daha çox əsəbi və nisbətən qapalıdırlar (şəxsi həyatları haqqında məlumat verməyi xoşlamırlar).

Bundan əlavə, həkimlər taleyə inanmağa digər peşə sahiblərindən daha çox meyllidirlər.

AzEdu.az xəbər verir ki, bu nəticələrə Avstraliyanın Melburn Universiteti ilə Kanadanın Karleton Universitetinin alimləri birgə apardıqları iki geniş tədqiqatın təhlilindən sonra gəliblər.

Tədqiqat 20-85 yaş arası Avstraliya sakinlərini əhatə edib. Sorğuda iştirak edən 25358 nəfərin tibbi ixtisası olmayıb, 19351 nəfər isə sırf tibb sahəsinin çalışanları olub.

Tədqiqatın müəllifləri həkimlik peşəsi ilə insanın öz həyatını müstəqil şəkildə qurduğunu və "taleyin iradəsinə" güvənmədiyini ifadə edən nəzarət mərkəzi arasındakı əlaqəni araşdırmaq qərarına gəliblər. Alimlərin təəccübünə səbəb olan əsas məsələ həkimlərin özlərini başqalarına nisbətən daha artıq dərəcədə onlardan asılı olmayan xarici qüvvələrə məruz qalma ehtimalına inanmalarıdır.

Bundan əlavə, tədqiqatın müəllifləri tibb sahəsində çalışanların beş əsas xarakter xüsusiyyətini müəyyən ediblər. Məlum olub ki, həkimlər qeyri-tibbi peşə sahibləri ilə müqayisədə çox vaxt mehribanlıq və ekstraversiya kimi səciyyəvi  xüsusiyyətlərə malikdirlər, lakin eyni zamanda, həkimlər arasında əsəbilik üstünlük təşkil edir. Buna baxmayarq, tədqiqat obyekti olan həm həkimlər, həm də tibb bacıları digər iştirakçılara nisbətən daha çox mehribanlıq nümayiş etdirblər.