Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 10:26:00
Bu abituriyentlər də kolleclərə ixtisas seçimində iştirak edə biləcək

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək  həyata keçirilib. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Abituriyentin elektron ərizəsi” formasını doldurub və təsdiq ediblər.

 

Bəs ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlər kolleclərin ixtisas seçimidə iştirak edə biləcəkmi?

 

Bununla bağlı Dövlət İmtahan Mərkəzində (DİM) AzEdu.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.