Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 09:46:00
Yaxın gələcəyin ən dəbdə olacaq 10 peşəsi - SİYAHI

Yaxın gələcəkdə hansı peşələr daha məşhur olacaq və hansıları əvvəlki nüfuzunu itirəcək?

AzEdu.az mütəxəssislərin və ChatGPT teleqram kanalının köməyi ilə bu mövzudan bəhs edir.

Ən perspektivli peşələrdən biri alqoritmlər, maşın öyrənmə sistemləri və süni intellektin proqram təminatı mühəndisliyi olacaq. Bu peşə üzrə mütəxəssislər müxtəlif süni intellekt modellərinin hazırlanması və optimallaşdırılmasını həyata keçirəcəklər. Güman edilir ki, yaxın gələcəkdə bu, həqiqətən də ən populyar peşə olacaq.

Sonrakı yeri robot üzrə mütəxəssislər tuturlar: məhz onlar robotları inkişaf etdirəcək, istehsal proseslərinə inteqrasiya edəcək, həmçinin, ehtiyac yarandıqda təmir edəcəklər.

Üçüncü yerdə kompüter sistemlərini və şəbəkələrini qoruyan, riskləri və zəiflikləri tapan və aradan qaldıran, təhlükəsizlik sistemlərini inkişaf etdirən kibertəhlükəsizlik üzrə mütəxəssislər qərarlaşıb.

Ən perspektivli peşələr 10-luğuna həmçinin aşağıdakılar daxildir:

  • biotexnoloq,
  • virtual və genişlənmiş reallığın inkişaf etdirilməsi mütəxəssisi,
  • blokçeyn mühəndisi,
  • davamlı və yaşıl enerji mühəndisi,
  • gen müalicəsi və gen redaktəsi üzrə mütəxəssis,
  • məlumat analitiki,
  • internet məsələləri üzrə (IoT) proqram mühəndisi.

Bir sıra peşələrdə insanları əvəz edə biləcək proqramlar yaradılacaq, onların arasında birinci yeri hüquq məsləhətçiləri, marketoloqlar, müəllimlər, treyderlər, mühasiblər, hətta proqramçılar və jurnalistlər də olacaq.