Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 16:31:00
Apellyasiya şikayəti verən abituriyent bundan qorxur: balı azala da bilər - RƏSMİ

Sosial şəbəkələrdəki müzakirələrdə buraxılış imtahanlarının nəticəsindən razı olmayan, amma apellyasiya şikayəti verməyə çəkinən abituriyentlər olduğu bildirilir.

Valideynləri deyirlər ki, övladları şikayət etməkdən ona görə çəkinirlər ki, birdən  Apellyasiya komissyası onların müraciətinə baxarkən topladıqları balı da aşağı salar.

Maraqlıdır, Dövlət İmtahan Mərkəzinin (DİM) Apellaysiya komissiyası doğrudanmı şikayətlərə baxarkən abituriyentin balını artırmaq aəvəzinə aşağı sala bilər?

AzEdu.az saytı bu sorğu ilə DİM-ə müraciət edib.

DİM-in Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə sorğumuza cavab verib.

X.Xanlarzadə bildirib ki, apellyasiya komissiyasına müraciət edən şagirdlərin işlərinin yenidən yoxlanışı zamanı ballarının aşağı düşməsi halları da ola bilər.

 

Açıklama yok.


DİM-in şöbə müdiri deyib ki, apellyasiya prosesinin mahiyyəti müraciət olunan işin yenidən yoxlanılması və qiymətləndirilməsidir:

"Yoxlama zamanı abituriyentin hansısa cavabının düzgün qiymətləndirilmədiyi aşkar olunarsa, müvafiq düzəliş edilir. Bu zaman qiymətin aşağı salınması da mümkündür. Düzdür, bu nadir hallarda ola bilər, amma istisna deyil”.