Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 14:00:00
Bakıdan Ağstafaya işə gedib-gələn müəllim: “Hər həftə 800 km yol qət edirəm” - MÜSAHİBƏ

AzEdu.az saytı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə gedən müəllimlərlə müsahibələr dərc edib.


Bu dəfə haqqında bəhs etdiyimiz müəllim çalışdığı məktəbə çatmaq üçün 400 kilometr yol gedir - Bakıdan Ağstafaya...


45 yaşlı Əsli Əsgərova uzun illərdir Ağstafa rayonu Aşağı Göycəli kənd tam orta məktəbində işləyir.

 

Əsli müəllimə AzEdu.az saytının müsahibi olub. Hər həftə dərsə gedib-gəlmək üçün 800 kilometrdən çox yol qət etməli olsa da, işini sevdiyindən onu dəyişmək niyyətində deyil.


- Öncə özünüzü oxucularımıza təqdim edərdiniz…


- Mən Əsgərova Əsli Mayıl qızı 1978-ci ildən anadan olmuşam. Orta məktəbi Qazax rayonunda başa vurmuşam. Daha sonra Bakı Dövlət Universitetində ali təhsil almışam. Hazırda Ağstafa rayonu Aşağı Göycəli kənd tam orta məktəbində X və XI siniflərə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirəm.

 

No description available.

- Özünüz Bakıda yaşayırsınız, amma işə Ağstafaya gedirsiniz. Bakıya köçmək  səbəbiniz nədir? Elə Ağstafada yaşayıb, orda çalışmaq olmazmı?


- Əvəllər Qazaxda yaşayırdım, 7 ildir ki, Bakıya köçmüşəm. Bakıya köçməyimin əsas səbəbi ailəm oldu. 2 övladım var: hər ikisi Bakı Dövlət Universitetində təhsil alır - biri politoloqiya, digəri isə beynəlxalq münasibətlər ixtisasında oxuyur. Yoldaşım da Bakıda işləyir.  


- O zaman iş yerini dəyişmək olmazdımı? Yəni Bakıya köçəndən sonra paytaxt məktəblərinin birində işə düzəlmək üçün müraciət etmisinizmi?


- Mən unverisiteti qurtarıb təyinatla həmin məktəbə getmişəm. Artıq 23 ildir ki, Ağstafa rayonu Aşağı Göycəli kənd tam orta məktəbində faəliyyət göstərirəm. Heç vaxt işimi dəyişmək istəməmişəm. Həm şagirdlərim məni sevir, həm də mən kolektivimi çox istəyirəm.

 

 Açıklama yok.

 
- Aldığınız məvacib sizi qane edir?

 
- 10 saat dərs yüküm var. Həftənin birinci günü rayona gedirəm, dördüncü günü isə Bakıya qayıdıram. Gedib-gəlməyim təxminən 200 manata başa gəlir. Mənə elə də qazanc qalmır, sadəcə olaraq, işimdən ayrılmaq istəmirəm.


- İşləmək üçün belə uzaq yerə gedib-gəlməyinizə ailənizin münasibəti necədir?

 

- Ailəm buna çox da razı deyil. Səhhətimdə də problemlər yarandığına görə, evdəkilər işdən çıxmağım üçün çox təkid edirlər. Əslində yoldaşımın qazancı bizim üçün yetərlidir, amma mən işləməsəm, yaşaya bilmərəm. İşimdən ayrılmaq çətindir, çünki həmişə ən böyük arzum müəllim işləmək olub. Kasıb ailədə çox çətinliklər hesabına oxumuşam. Universitetə hazırlaşanda ailəmin məni oxutmağa maddi gücü yox idi. Məni imtahana müəllimlər pulsuz hazırlaşdırırdılar. İndi mən də imkansız uşaqları təmınnasız hazırlayıram. İşimdə əsas qazancım budur.

 

Açıklama yok. 

 
- Gələcək fəaliyyətiniz üçün planlarınız nələrdir?

 

- Hazırda, məktəbin ictimai işlərində fəalam. Özümü inkişaf etdirmək üçün təlimlərə qoşuluram. “You-tube” sosial platformasında keçdiyim açıq dərslərimi paylaşıram. Əsas məqsədim müəllim kimi ali bir adı ömrümün sonunacan layiqincə daşımaqdır. Hər həftə 800 kilometrdən çox yol getmək belə mənim öyrətmə eşqimə təsir edə bilməz.