Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 13:00:00
Regionlar üzrə ən çox bal toplayanlar - Mingəçevir-Zərdab bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.

 

Bu yazıda isə Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi Mingəçevir şəhəri və Zərdab rayonu üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.  

 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu region üzrə ən yüksək bal toplayan abituriyentlər 289 balla Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin XI sinif şagirdi Həsənova Əsmər Rəşad qızı və Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əzimov Emil Nazim oğludur.

 

 No description available.

Həsənova Əsmər Rəşad qızı - Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin XI sinif şagirdi, 289 bal;

 

 No description available.

Əzimov Emil Nazim oğlu - Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi, 289 bal;

 

 No description available.

Abdullayev Rüfət Daşqın oğlu - Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi, 270 bal.