Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 11:06:00
Məktəblərdə 5 dəqiqəlik tənəffüs yetərlidirmi?

"Tənəffüs müddətinin qısa olması bəzi məktəblərdə problem yaradır".

 

Bu fikirləri təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında bildirib:

 

"Bu, məktəbin infrastrukturuna, həcminə görə dəyişə bilər. Bəzi məktəblərdə şagird kontingentinin çox olmasına baxamayaraq, tənəffüs müddəti 5 dəqiqə müəyyən olunub. Bu müddət şagirdlərin məktəb bufetinə düşməsi və ya digər ehtiyaclarını qarşılaması üçün qısa zamandır.

Buna baxmayaraq, həcmcə kiçik məktəblər var ki, orada kontingent daha kiçikdir. Sinif ilə bufet, yaxud sanitar qovşaq arasındakı məsafə azdır. Həmin məktəblər üçün bu müddət kifayət edə bilər.

Məsələnin digər tərəfi, tənəffüs vaxtının artması iki növbəli məktəblərdə problem yarada bilər. Birinci növbənin dərsinin gec bitməsi, ikinci növbənin dərsinin gec başlamasında səbəb olur. Bu zaman ikinci növbənin dərsinin bitməsi axşam saatlarına gedib çıxa bilər.


Düşünürəm ki, hər bir məktəb öz kontingentinə, şagird sayına uyğun olaraq tənəffüs müddətini müəyyən edib, qərar verməlidir. Əgər müəyyən olunan vaxt şagirdin öz ehtiyaclarını ödəməsinə yetmirsə, bu zaman müddət  üzadıla bilər".