Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 10:19:26
Biləsuvardakı partlayışda ana ölüb - iki azyaşlı övladı YARALANIB

Biləsuvarda binada baş verən partlayış nəticəsində daha bir nəfərin meyiti dağıntılar altından çıxarılıb.

AzEdu.az xəbər verir ki, rayon Prokurorluğunun məlumatına görə, Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilmişdir. Hazırda onların müalicəsi davam edir. 

Beləliklə də, faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Xatırladaq ki, ötən gün Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib. Partlayış nəticəsində mənzilin tavanı və binanın damı uçub. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.