Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 10:00:00
Regionlar üzrə ən çox bal toplayanlar - Lənkəran-Astara bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.

 

Bu yazıda isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi Lənkəran, Astara, Cəliləbad, Masallı, Lerik, Yardımlı rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.  

 

Lənkəran-Astara Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki,  region üzrə ən yüksək bal toplayan Masallı rayonu Boradigah qəsəbə N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdidir.

 

Əliyeva Solmaz Tağı qızı buraxılış imtahanlarının nəticələrinə əsasən, 293,8 balla Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayonları üzrə ən yaxşı göstəriciyə nail olub. 

 

Aşağıda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik: 

 

Abdullayeva Aytac Mehman qızı - Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəb - 288,8 bal;

 

Nağıyev Əli Musa oğlu - Cəlilabad şəhər 8 nömrǝll məktəb-lisey - 287 bal;

 

Dadaşov Ramal Niyaməddin oğlu -  Astara rayonu Siyaku kənd tam orta məktəb - 284 bal;

 

Nəbizadə Leyla Bəhruz qızı - Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəb -  283 bal;

 

Bayramov Əliyar Nəriman oğlu - Lerik rayonu M.Qafarov adına Siyov kend tam orta məktəb - 264,6 bal.