Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 09:18:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şərqi-Zəngəzur bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazıda isə Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin əhatə etdiyi Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, və Cəbrayıl rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.  

 

No description available.


Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 297 bal toplayıb. Bu, Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbin XI sinif şagirdi Məhərrəmli Turani Yusif oğludur. 

 

Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik:

 

No description available.


Qubadlı rayon Ə.Əliyev adına Qəzyan kənd tam orta məktəbin XI sinif şagirdi Süleymanov Fəhmin Azər oğlu - 291 bal;

 

No description available.

 

Cəbrayıl rayon K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin XI sinif şagirdi Abbasov Ramin Xəqani oğlu - 290 bal;

 

No description available.


Zəngilan rayon 33 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qüdrətli Nihad Rəşad oğlu - 288 bal;

 

No description available.

 

Laçın rayon M.İsmayılov adına Cicimli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Məmmədli Məlahət Əziz qızı -276 bal.