Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 16:50:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şirvan-Salyan bölgəsinin ABİTURİYENTİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazıda isə Şirvan-Salyan Regional Tədris İdarəsinin əhatə etdiyi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan və Neftçala rayonları üzrə ən yüksək bal toplayan abituriyentin adını diqqətinizə çatdırırıq. 


Şirvan-Salyan Regional Tədris İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 290 bal toplayıb

 

Sözügedən abituriyent Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi İbişova Zəhra İdris qızıdır.

 

O, fənnlər üzrə Azərbaycan dilindən 96 bal, riyaziyyatdan 98 bal, xarici dildən isə 96 bal toplayıb.