Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 15:44:00
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - Nazirlik CAVAB VERDİ 

Xarici ölkələrdə təhsil almaq istəyən Azərbaycan gənclərinin oxumaq üçün seçdikləri ölkələr üzrə maraq tendensiyaları dəyişir.

 

Gənclərimizin çoxu təhsil almaq üçün ABŞ və Avropa ölkələrinə üz tuturlar. Lakin dini təhsil ardınca Yaxın Şərq ölkələrinə gedənlər də var.

Bu zaman əsasən İran və Misir kimi ölkələrə üstünlük verilir. Amma xaricdə dini təhsil alan azərbaycanlı gənclərin sayı barədə dəqiq rəqəmlərə heç yerdə rast gəlinmir. 

 

Maraqlıdır, hazırda İran, Misir və digər Yaxın Şərq ölkələrində dövlət hesabına dini təhsil alan Azərbaycan vətəndaşları varmı? Bəs özəl yollarla xaricdə nə qədər azərbaycanlı gənc təhsil alır? 

 

AzEdu.az saytı bu suallarala Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, adları çəkilən ölkələrdə dövlət hesabına dini təhsil alan Azərbaycan vətəndaşı yoxdur.

 
Qeyri-dövlət xətti ilə dini təhsil ardınca xaricə gedən azərbaycanlı gənclərin sayına gəlincə, Nazirlik bu barədə məlumata malik olmadığını bildirib:


"Elm və Təhsil Nazirliyində yalnız xaricdə dövlət hesabına təhsilalanların qeydiyyatı aparılır. Şəxsi vəsait hesabına xaricdə dini təhsil alan şagird və ya tələbə vətəndaşlarımız barədə məlumatımız yoxdur".