Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 12:55:00
Niyə lisey şagirdləri adi məktəb şagirdlərindən çox bal toplayır? - PROBLEM

Dünən 12 mart buraxılış imtahanının nəticələri açıqlandı. 5 martda ən yüksək nəticə göstərən abituriyent Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi idi. 12 martda isə ən yüksək bal toplayan 4 nəfərdən 2-si teniki-humanitar liseyin, 1-i isə klassik gimnaziyanın məzunudur. 

Nəticələrə baxanda ən yüksək bal toplayan şagirdlərin gimnaziya, lisey məzunları olduqlarını görürük. Bəs buna əsas səbəb nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli bildirib ki, bu məsələdə əsas problem siniflərdəki şagird sıxlığıdır:

 

“Son vaxtlar Müəllimlərin İşə Qəbulu müsabiqəsi, sertifikasiya imtahanının keçirilməsi nəticəsində müəllimlər mütəmadi olaraq öz üzərində daha çox işləyir və biliklərini yeniləyirlər. Buna görə də müəllimlərimizin savadına şübhəm yoxdur.

 

Bu məsələdə əsas səbəbi siniflərdəki sıxlıqda görürəm. Dövlət məktəblərində bir sinifdə 30-35 şagirdin olması təhsilin keyfiyyətinə çox ciddi təsir edir. Belə sıxlıqda bir şagird dəqiq elmləri – riyaziyyat, fizika, kimya, inormatikanı hansı səviyyədə qavraya bilər, müəllim onların hər birinə necə fərdi yanaşıb mükəmməl izah edə bilər? Əlbəttə, bu mümkünsüzdür.  Özəl məktəblərdə, xüsusi tipli lisey və gimnaziyalarda isə bir sinifdə şagird sayı digər məktəblərə nisbətən azdır. Beləliklə, müəllim hər bir şagirdə fərdi yanaşa, hər birinin işi ilə yaxından maraqlana bilir. Bu da keyfiyyətli təhsilin, uğura gedən yolun açarıdır”.

 

Açıklama yok.

 

Təhsil eksperti Adil Vəliyev də mövzu ilə bağlı fikirlərini AzEdu.az-la bölüşüb. Ekspert nəticələrin əsas səbəbkarının məktəb rəhbərliyi və müəllimlər olduğunu söyləyib:

 

“Bəli, diqqət etsək, görərik ki, həmişə imtahanlardan yüksək nəticə əldə edənlər lisey, gimnaziya şagurdləridir. Dövlət məktəblərində bu nadir hallarda baş verir, həmin şagirdlər də repetitorla hazırlaşanlardır. Bu nəticə fərqini onunla izah edə bilrəm ki, lisey, gimnaziya tipli təhsil müəssisələrinin rəhbərləri və müəllimləri birlikdə verirlər ki, "biz özümüz şagirdlərə ən yaxşı təhsili verrməliyik və onlar başqa müəllimlə hazırlaşmaq ehtiyacı duymamalıdırlar". Siz əgər o təhsil müəssisələrinə getsəniz, görərsiniz ki, onların şagirdləri həqiqətən çox tərbiyəli və savadlı uşaqlardır. Onlar dərslərini də yaxşı oxuyurlar, müəllimləri ilə münasibətləri də qaydasındadır, həmçinin, sosial həyatlarına da vaxt ayıra bilirlər”.

 

A.Vəliyev müəllimlərin əməkhaqqının da bu məsələdə rol oynadığını qeyd edib:

 

“Biz əgər bu tipli məktəblərdə belə təhsil şəraitinin təminatına nail ola biliriksə, niyə eynisini dövlət məktəblərinə tətbiq edə bilmirik? Düşünürəm ki, bu problemi aradan qaldırmaq üçün dövlət təhsil müəssisəsinin rəhbərinin və müəllimlərin birliyi olmalıdır, onlar işini vicdanla görməlidir.  Təbii ki, müəllim də insandır, onun da problemləri, xərcləri var. Müəllimin də maaşı yüksək olmalıdır ki, onun gözü kənarda, uşaq hazırlaşdırıb pul qazanmaqda qalmasın. Bu kimi nüanslar aradan qalxandan sonra təhsilin keyiyyətinin artması barədə düşünə bilərik”.

 

Açıklama yok.