Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 12:10:00
Buraxılış imtananlarında niyə 300 bal toplayan olmadı...

5 və 12 mart tarixində keçirilən (11 illik) orta təhsil səviyəsi üzrə buraxılış imtahanının nəticələri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilib. İmtahan nəticəsinə əsasən şagirdlərin heç biri maksimum nəticəni, 300 balı toplaya bilməyib.

 

Bəs şagirdlərin maksimum nəticə əldə edə bilməməsinin səbəbi nədir?

 

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlaması zamanı bəzi ciddi məsələlərə diqqət çəkib:

 

Açıklama yok.

 

"Əvvəlki illərdə şagirdlər arasında maksimum nəticə toplayanların olduğunu görə bilirdik. Təəssüf ki, bu il 300 bal toplayan olmadı. Bir neçə yeniyetmə 300-ə yaxın bal topladı. Düşünürəm ki, bu, Azərbaycan təhsili üçün bir mesajdır. Məsələyə dair müxtəlif şərhlər verilir. Amma problemin kökündə bir sıra ciddi səbəblər durur. Bunlardan biri təhsilin idarə edilməsində problemlərin olmasıdır. Məktəblərə direktor təyinatı, müəllimlərin bilik və bacarıqları ilə bağlı çox sayda məsələlər var. Bu, bilavasitə təhsilin idarə edilməsi, keyfiyyət və məzmundan aslıdır. Hazırda orta məktəblərdə vəziyyət ürəkaçan deyil. Biz müxtəlif izahatlar versək də, məktəblərdə çox sayda problemlər qalır. Onlar da bilavasitə təhsilin keyfiyyət və məzmununa öz təsirini göstərir.

Hesab edirəm ki, problemin kökündə duran səbəblərdən biri də, universitetlərimizin orta məktəblər üçün müasir tələb və çağırışlara cavab verə bilən kadrlar hazırlaya bilməməsidir. Bu gün universitetləri bitirən müəllimlərimizin peşəkarlıq dərəcəsi, bilik və bacarıqları o qədər də yüksək deyil. Müəllimlərin çoxu informasiya texnologiyalarından xəbərdar deyil. Bu məsələlərin həlli üçün kompleks addımların atılmasına ehtiyac duyulur. 300 bal toplaya bilməmək bir indikatordur, göstəricidir. Əgər proseslər bu formada davam etsə, ola bilər ki, növbəti illərdə ümumiyyətlə 250-dən çox bal toplayan şagird olmasın. Bu səbəbdən, biz təhsildə çox ciddi addımlar atmalıyıq. İslahatlar həyata keçirməliyik.

Didektor təyinatı məsələsinə çox həssas yanaşılmalıdır. Burada tanışlıq, digər məsələlər rol oynamamalıdır. Dərs vəsaitlərinin məzmununa yenidən baxmalıyıq. Dərsliklərimizdə çox sayda problemlər müşahidə olunur. Günümüzdə repetitorluq çox geniş vüsət alıb. Repetitorluq bir çoxunun marağına toxunduğu üçün heç kim bu məsələyə baxmır. Bu gün təhsilimizdə bu qədər problemin olma səbəblərindən biri də repetitorluğun geniş vüsət almasıdır. Şagird məktəblə yanaşı, həm də repetitor yanına gedir. Burada çox qlobal məsələlər var və onların üzərində ciddi şəkildə düşünərək, həll etməliyik. Bu məsələləri obyektiv qiymətləndirməsək, ciddi yanaşmasaq, bizi qarşıda daha çətin və ağır günlər gözləyə bilər".

 

Təhsil eksperti Elşən Qafarov şagirdlər arasında heç kimin 300 bal toplaya bilməməsinin səbəbini sualların çətin olmasında gördüyünü bildirib:

 

Açıklama yok.


"Şagirdlərin bu il yüksək nəticə göstərə bilməməsi onunla bağlıdır ki, hazırda ümumtəhsil məktəblərində tədris edilən proqramlar, dərslik materialları ilə DİM-in keçirdiyi buraxılış imtahanının materialları, testləri arasında böyük fərq var. Ümumiyyətlə, buraxılış imtahanına məktəbdə hazırlaşmaq lazımdır. 11-ci sinif şagirdlərinin 100%-i, 9-cu sinif şagirdlərinin isə 90%-i repetitorlar vasitəsilə imtahana hazırlaşır. Buraxılış imtahanları şagirdlərin real bilik və bacarıqlarının ölçülməsinə yönəlməlidir.

Bu səbəbdən, DİM yalnız imtahan keçirən texniki qurum olmalıdır. Nəticələrin bu səviyədə olması, yaxud yüksək nəticənin olamamsının səbəbi odur ki, buraxılış imtahanlarında qoyulan suallarla şagirdlərin bilik və bacarıqları üst-üstə düşmür. Buraxılış imtahanının adı təhsilalanların yekun qiymətləndirilməsidirsə, bu təhsilalanların əldə etdiyi bilik və bacarıqların ölçülməsi olmalıdır".