Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 11:18:00
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.


Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazımızda Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi Ağdaş, Yevlax, Kürdəmir, Ucar, Göyçay rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq. 

 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin regionda 5 mart tarixli buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 288 bal toplayıb. 

 

Bu, Ağdaş şəhəri Nizami adına 2 nömrəli tam orta məktəbin 11 A sinif şagirdi Qurbanov Anar Arzu  oğludur.

 

Mərkəzi Aran  Regional Tədris İdarəsi üzrə 5 mart tarixli buraxılış imtahanından ən çox bal toplayan digər 5 abituriyenti də təqdim edirik: 

 

Arifli Nilgün Səbuhi qızı - Yevlax şəhəri S.Vurğun adına 5 nömrəli tam orta məktəbin şagirdi - 284 bal;

 

Abdullayeva Fidan Qabil qızı - Kürdəmir rayonu Mürtülü kənd tam orta məktəbin şagirdi - 281 bal;

 Open photo


Nuruyeva Aynurə Samir qızı 
- Kürdəmir şəhəri M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi - 281 bal;

 


Əliyev Firdovsi Rəşid oğlu 
- Ucar şəhəri 4 nömrəli tam orta məktəbin şagirdi - 274 bal;

 


Xudaverdiyev Qüdrət Azər oğlu 
- Göyçay şəhəri Nizami adına 7 nömrəli tam orta məktəbin şagirdi -  274 bal.