Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 09:34:00
“Ali təhsili xaricdə almaq istəmirəm” - Ən çox bal toplayan ŞAGİRD

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən 12 mart tarixindəki buraxılış imtahanının nəticələri dünən elan olundu.

 

Buraxılış imtahanını verən hər bir abituriyent həyacanla nəticələrin çıxmasını gözləyirdi.

 

Səbirsizliklə nəticəsini gözləyən abituriyentlərdən biri də Ləman Quliyeva idi. O, 297.5 bal toplayaraq imtahanda ən yüksək nəticə göstərən 4 nəfərdən biri olub.

 

AzEdu.az-a danışan Ləman Quliyeva öz təəsüratlarını və gələcək hədəflərini saytımızla bölüşüb:

 

“Düzünü desəm, yüksək nəticə olacağını gözləyirdim,amma ən çox bal toplayan 4 nəfər içərisində olmağı düşünmürdüm. Nəticəmi görəndə hədsiz sevindim. İmtahana hazırlıq müddətində diqqətimi dərslərimə yönəltmişdim. Çox çalışdım və istədiyim nəticəyə nail oldum. Təkcə bir sualda səhv etdim. O da rus dilindən (ana dili) qapalı sual idi”.

 

Abituriyent, xaricdə deyil, Azərbaycanda ali təhsil almaq istədiyini vurğulaylıb:

"Təhsilimi ölkəmizdə davam etdirəcəm. Seçimim isə ADA universitetidir. İxtisas olaraq da riyaziyyat müəllimliyini (tədris ingilis dilində) seçmək istəyirəm".

 

L.Quliyeva imtahana necə hazırlaşdığı barədə də danışıb:

“İmtahana hazırlaşan ərəfələrdə özümə heç bir məşğuliyyəti məhdudlaşdırmamışdım, çalışırdım hər şeyə zaman ayırım. İmtahana hazırlıq müddətində zamanın düzgün idarə edilməsi mənim fikrimcə, çox vacibdir. Həmişə zamanımı düzgün dəyərləndirməyə çalışırdım”.

 

Bu uğuruna görə çox sevincli olduğunu deyən Ləman Quliyeva digər abituriyentlərə də uğurlar arzu edib:

Qeyd edək ki, Quliyeva Ləman Sənan qızı Bakı şəhəri Sabunçu rayonu 169 №-li orta məktəbdə təhsil alır.