Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 17:52:00
“2.5 balımı rus dilindən itirmişəm” - Ən yüksək bal toplayan ABİTURİYENT

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün elan olunub. 

 

İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.



Yüksək bal toplayanlardan biri də Bakı şəhəri Nəsimi rayonu texniki-humanitar liseyinin şagirdi Cəfərzadə Taliə Cavid qızıdır.


Taliə Cəfərzadə öz təəssüratlarını AzEdu.az saytı ilə bölüşüb.

 

Onunla qısa söhbəti təqdim edirik: 

 

- Bu nəticəni gözləyirdin?

 

- Bəli, 9-cu sinifdə buraxılış imtahanından da 290 bal toplamışdım, liseydə əlaçıyam, ona görə də yüksək nəticə gözləyirdim.

 

- İmtahana özün hazırlaşmısan? 

 

 - Əsas lisey müəllimlərimin əməyi üzərimdə çox böyükdür. Son vaxtlara yaxın hazırlaşmışam, repetitorlarım da yenə öz müəllimlərim idi. 

 

- Hazırlıq prosesində ən çox hansı fəndən çətinlik çəkirdin?

 

- Riyaziyyat və ingilis dili biliyim çox yaxşıdır. Rus dilində açıq suallardan narahat idim, elə imtahanda da 2.5 balımı rus dilindən itirmişəm.

 

- Hansı ixtisas üzrə təhsil almaq istəyirsən?

 

- IV qrup üzrə hazırlaşıram, Azərbaycan Tibb Universitetində təhsil almaq istəyirəm.