Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 08:52:00
Çin artıq birinci yerdə deyil

Hindistan artıq Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsinə çevrilib.

AzEdu.az xəbər verir ki, bu barədə MarketWatch BMT-nin proqnozlarına və təhlilinə istinadən xəbər yayıb.

Müstəqil World Population Review təşkilatının hesablamalarına görə, aprelin 17-dək Hindistanda Çindəki 1,425,744,008 ilə müqayisədə 1,425,937,441 nəfər adam yaşayır.

Qeyd olunur ki, Hindistan nəhəng iqtisadi potensiala malikdir və bu, təkcə böyüklüyü ilə deyil, həm də əhalinin tərkibi ilə bağlıdır.