Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 17:00:00
Bakı Mühəndislik Universitetinin bu tələbələrinə ikili diplom veriləcək - AÇIQLAMA

Ölkə xaricində təhsil almaq istəyən tələbələrin əksəriyyətini maraqlandıran mövzulardan biri də ikili diplomlardır.



Azərbaycan universitetlərində hansı ikili diplom proqramları mövcuddur?

 

 

Bu mövzuda haqqında danışacağımız növbəti ali təhsil ocağı Bakı Mühəndislik Universitetidir.

 

 

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Elman Babayev mövzu ilə bağlı AzEdu.az-a bəzi məlumatlar verib.

 

O bildirib ki, bu il üçün İDP üzrə qeydiyyat tarixi artıq elan olunub:

 

“28 Avqust 2020-ci ildə Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının inkişaf etmiş ən nüfuzlu universitetlərdən biri olan İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı imzalanıb.

 

4 qəbul ilini əhatə edən bakalavr proqramına “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə ümumilikdə müqavilə müddətində 400 nəfərin qəbul olunması nəzərdə tutulub.

 

Artıq üç qəbul həyata keçirilmişdir: 2020/2021, 2021/2022 və 2022/2023-cü tədris illərinin qəbul nəticəsinə əsasən, 270-dən çox tələbə hazırda 4 ixtisas üzrə İDP-də təhsil almaqdadır.

 

2023/2024-cü tədris ili üçün İDP üzrə qəbula start verilmişdir və onlayn qeydiyyat 5 iyun - 9 avqust 2023-cü il tarixləri arası həyata keçiriləcək.

 

2023/2024-cü tədris ili ninqəbulu planına əsasən, 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına 4 ixtisas üzrə 123 nəfərin qəbul edilməsi nəzərdə tutulubdur:

 

İnformasiya texnologiyaları - 35 nəfər (keçid balı 550/700)

İnşaat mühəndisliyi - 25 nəfər (keçid balı 400/700)

Elektrik mühəndisliyi - 28 nəfər (keçid balı 400/700)

Elektronika mühəndisliyi - 35 nəfər (keçid balı 400/700)

 

 

Proqramın əsas hədəfi - ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirməkdir.

 

Eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir”.