Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 16:21:00
Edamların sayı 75% artıb

2022-ci ildə İranda edamların sayı 75% artıb.

AzEdu.az xəbər verir ki, mənzil qərargahı Parisdə olan “Together Against The Death Penalty” və Norveçdə yerləşən “Iran Human Rights” insan hüquqlarının müdafiəsi təşkilatlarının birgə hesabatına görə, 2022-ci ildə İranda əvvəlki illərlə müqayisədə 75% çox məhbus asılıb.

Hesabatda deyilir ki, 2022-ci ildə ən azı 582 nəfər edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir. Belə ki, 2021-ci ildə qeydə alınan edamların sayı 333 olub.

Qeyd edilməlidir ki, keçən il İranda 22 yaşlı etnik kürd əsilli Məhsa Amininin ölümü ilə nəticələnən ümummilli etirazların artması ilə yadda qaldı. 

Hakimiyyət nümayəndələri aksiya ilə əlaqədar 4 nəfərin asıldığını bildiriblər ki, bu da verilən statistikanın çox az hissəsini təşkil edir.