Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 12:31:00
Müəllimlərin sertifikasiyasını onlar keçirir - 7 vəzifəli şəxs - FOTO+SİYAHI

Müəllimlərin sertifikasiya imtahanları bu gün təhsil ictimiayyətinin ən çox müzakirə etdiyi mövzulardan biridir. Ötən il başlayan proses bu ilin yayında davam etdiriləcək - ölkə üzrə bütün Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri sertifikatlaşdırmadan keçiriləcək.

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikatlaşdırmanın təşkili üçün sədr də daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb.

Sertifikatlaşdırma Şurasının sədr və üzvləri elm və təhsil naziri tərəfindən təyin olunub.

Sertifikatlaşdırma Şurası aşağıdakı işləri təşkil edir:

- sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;

- sertifikatlaşdırmanın test mərhələsinin suallarının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir;

- sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı proqram təminatının hazırlanmasına nəzarət edir;

- müsahibə komissiyalarının tərkibinə dair Nazirliyə təkliflər təqdim edir;

- sertifikatlaşdırmanın aparılmasını təşkil edir;

- sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;

- sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.


Bəs hazırda Sertifikatlaşdırma Şurasına kim rəhbərlik edir, quruma hansı üzvlər daxildir?

AzEdu.az saytı bu sualla Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən sorğumuza cavab olaraq Sertifikatlaşdırma Şurasına daxil olan vəzifəli şəxslərin adları açıqlanıb.

Onlar aşağıdakı şəxslərdir:

 


Şuranın sədri: 


Həsən Həsənli - Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Şuranın üzvləri: 


Fərzəli Qədirov - Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini;

 

Eşqi Bağırov - Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini səlahiyyətlərini müvəqqəti icra edən, İnsan resursları şöbəsinin müdiri;

 

Simuzər Feyzullayeva - Elm və təhsil nazirinin müşaviri;

 

Elnur Əliyev - Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri;

 

Rüfət Əzizov - Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru;

 

Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.