Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 10:16:00
DİM buraxılış imtahanı ilə bağlı iddialara CAVAB VERDİ

Aprelin 16-da Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi.

 

Şagirdlərin əksəriyəti imtahan suallarının asan olduğunu bildirsələr də, bunun əksini iddia edənlər də var.

 

Bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, hər bir imtahanda test bloku asan, orta və çətin tipli tapşırıqlardan ibarət olur.

 

"İmtahanda tapşırıqların ağırlıq dərəcəsinin necə olması haqqında yalnız iştirakçıların hamısının nəticələrini təhlil etdikdən sonra fikir bildirmək mümkündür. Hər bir imtahandan sonra onun nəticələri elmi, metodiki baxımdan təhlil olunur. Yalnız öz ətrafında olan insanların fikirlərinə əsasən ümumi qənaətə gəlmək doğru deyil. Qeyd edək ki, hər il DİM-də keçirilən fənn seminarlarında nəticələr ekspertlərə təqdim olunur. Burada nəinki ümumi test bloku, həmçinin hər bir tapşırığın imtahanda necə işləməsi barədə statistik məlumatlara baxılır. Ötən illərin təcrübəsi göstərir ki, bu növ imtahan və nəticələrin ümumi səviyyəsi bir-birinə bərabər olur", deyə DİM-dən bildirilib.