Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 09:08:00
Dünya yeni təhlükəli virus pandemiyası ilə üzləşə bilər

Yaxın onillikdə dünyada yeni bir pandemiya yayıla bilər, buna indidən hazırlaşmalıyıq-deyə, Bloomberg yazır .

Azedu.az xəbər verir ki, verilən məlumata  görə, dünyada viruslar getdikcə daha tez-tez göründüyünə görə, yaxın onillikdə COVID-19 kimi ölümcül pandemiyanın başlama ehtimalı 27,5% təşkil edir.

Nəşrin fikrincə, bu, beynəlxalq səyahətlərin sayının artması, iqlim dəyişikliyi, eləcə də əhalinin sayı və zoonoz xəstəliklərin təhlükəsi ilə əlaqədardır, bununla əlaqədar ekspertlər artıq yeni potensial qlobal təhlükəyə hazırlaşmalıdırlar.

Məqalə müəllifləri aydınlaşdırırlar ki, H5N1 quş qripinin indiyədək yalnız bir neçə nəfərdə aşkarlanmasına baxmayaraq, sürətlə yayılması narahatlıq doğurur. Quşlar arasında xəstələnmənin sürətlə artması və məməlilərdə yoluxma hallarının getdikcə tez-tez baş verməsi alimləri və müxtəlif dövlətlərin rəhbərliyini narahat edir.

Agentlik bu qənaətə gəlir ki, virus mutasiyaya uğraya bilər, bu da onun yayılmasını sürətləndirəcək, ona görə də narahatlığa əsas var.

Qeyd edilir ki, bir çox yüksək riskli patogenlərə, məsələn, Yaxın Şərq tənəffüs sindromu və Zika virusuna qarşı peyvəndlər və müalicələr yoxdur və bu infeksiyaların monitorinqi çətin ki, vaxtında yeni pandemiyanın başlanğıcını qeyd etməyə kömək etsin.