Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-23 15:51:00
Gəray Gəraybəyli: "Psixatriya üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır"

Mənim öz ixtisasım olan psixiatriya, yaxud cərrahiyyə ixtisası həmişə kişi ixtisası kimi sayılıb. Psixiatriya kafedrasına gələndə orada cəmi 2 qadın var idi. İndi isə qəbul olanların böyük əksəriyyəti qızlardır, oğlanların sayı azalıb

AzEdu.az xəbər verir ki, bu sözləri trend.az-a müsahibəsi zamanı Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib. Onun sözlərinə görə, tibbdə qızların say çoxluğu sadəcə rezidenturaya qəbul zamanı özünü göstərmir:

“Auditoriyada qrupa baxdıqda elə ilk baxışdan görmək olur ki, qrupun 3-də 2-si qızlardır. Məsələn, mənim öz ixtisasım olan psixiatriya, yaxud cərrahiyyə ixtisası həmişə kişi ixtisası kimi sayılıb. Mən psixiatriya kafedrasına gələndə orada cəmi 2 qadın var idi. İndi isə qəbul olanların böyük əksəriyyəti qızlardır, oğlanların sayı azalıb. Cərrahiyyə kafedrasında da əvvəl 1-2 qız olardı, indi isə rezidentlərin çoxu qızlardır. Bunun səbəbi yəqin ki, maraqların dəyişməsi ilə bağlıdır. Vaxt var idi ki, texniki və texnoloji ixtisaslara maraq yox idi. Bu gün dünyanın əmək bazarlarında texnoloji, texniki ixtisaslara maraq artıb. Ona görə də oğlanlar məhz bu sahələri seçirlər. Ola bilər ki, rezidenturada oxumaq oğlanlar üçün bir qədər çətin görünür. Onlar fikirləşirlər ki, mən yalnız 11 ildən sonra sərbəst yaşaya, ailə saxlaya bilərəm. Məncə, bu, əsas olmasa da, 2-ci dərəcəli faktorlardan biri ola bilər. Qızlar üçün isə bu amil o qədər də əsas deyil".