Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 15:27:00
1-15 mart tarixlərində sənəd verə bilməyən abituriyentlərə ŞAD XƏBƏR

Bu il 11-cilərin buraxılış imtahanlarında iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbuluna qatıla bilməyən cari ilin məzunlarına əlavə imkan yaradılıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 


DİM-dən bildirilib ki, müraciətlər nəzərə alınaraq sözügedən abituriyentlərin də I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Onlar qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyirlərsə, 2023-cü il aprelin 14-dən 5 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olmalı, ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.