Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 12:52:00
Bağçanın uşaq üçün faydaları nələrdir?

Bəzi valideynlər uşağı erkən yaşda evdən çıxarmağın doğru olmadığını düşünür. İşləyən valideynlər düşünür ki, övladımı bağçada qoyum və rahat bir şəkildə işimlə məşğul ola bilim. Bəziləri isə həqiqətən uşağının gələcək həyatını düşünərək onu bağşaya göndərir.

 

Bəs uşaq bağçasının faydaları nələrdir?


Bağça təhsili körpəni 4 fərqli yöndə inkişaf etdirir: fiziki, zehni, sosial və emosional.

 

0-6 yaşları əhatə edən erkən uşaqlıq dövrü inkişafın ən sürətli olduğu dövrdür. Buna görə də məktəbəqədər təhsil uşaq üçün həyati əhəmiyyət kəsb edir. Bu dövrü səmərəli keçirməyin ən yaxşı yolu övladınızı bağçaya göndərməkdir.

 

Uşaq bağçası uşağa nə qazandırır?



Sosiallaşma

Övladınız həmyaşıdları ilə bir yerdə olmalı, həyata addım atmalı, dostluq anlayışını öyrənməlidir. Uşaq bağçasına getməsi çox vacibdir ki, o, insanlar ilə ünsiyyət qura bilsin, həmyaşıdları ilə fərdi olmağın fərqində olsun.

Özünə inam

Məktəbəqədər təhsil alan uşaqlar özbaşına yemək yeməyi, dişlərini fırçalamağı, oynadıqdan sonra oyuncaqlarını yerinə qoymağı, vaxtında yatmağı və bir çox digər özünə qulluq davranışlarını öyrənirlər. Bu onlarda özlərinə inam yaradır.

 

Başqalarına hörmət etmək

Sosiallaşma nəticəsində uşağın, dostlarının və müəllimlərin ideyalarına/istəklərinə hörmət etməyi öyrənir. Həyatda tək olmadığını bilir, hər kəsin fərqli prioritetləri və ehtiyacları olduğunu başa düşür. Hörmətli və anlayışlı bir insan olmaq üçün böyük bir addım atır.

 

Paylaşmağı öyrənmək

Günlərini həmyaşıdları ilə keçirən uşaq, bağçada başqaları ilə eyni masada oturmaq, məktəbəqədər fəaliyyətlərdə iştirak etmək, oyuncaqları paylaşmaq kimi vəziyyətləri çox daha asan və təbii şəkildə mənimsəyir.

 

Dil inkişafına dəstək

Uşaq bağçada özünü ifadə etmək üçün oyunlar oynayaraq, şeir və nağıl oxuyaraq, danışaraq dil inkişafını sağlam şəkildə tamamlayır. Yaşamaq, danışmaq, dinləmək və qarşılıqlı əlaqə yaratmaqla dildən istifadə etmək imkanı əldə edir.

 

Daimi həyata uyğunlaşma

Yemək, yatmaq, uşaq bağçasına girib-çıxmaq uşağınızın nizamlı həyata uyğunlaşmasını asanlaşdırır. Eyni zamanda dostlarını mütəmadi olaraq görür.

 

Bəs uşaq bağçasının hər hansı bir zərəri varmı?


Bəzi analar üçün uşağı erkən yaşda evdən çıxarmaq dramatik bir vəziyyət olaraq görülür. Bağçanın zərərlərindən danışmaq üçün bağça pis olmalıdır, yəni məktəbəqədər təhsil, fəaliyyət, təlimatçıların səriştəsi yetərsiz olmalıdır.

Məsələn, oyun qrupları, idman fəaliyyətləri, koqnitiv, dil və emosional inkişafı dəstəkləyən fəaliyyətlərin kifayət qədər və müxtəlif olması uşaq bağçası seçərkən nəzərə almalı olduğunuz ilk amillərdir.

Uşaq bağçasına lazımsız bir şey kimi baxmayın. Bu yaşları uşağınızın inkişafında qızıl dövr kimi görə bilərsiniz.