Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 17:43:00
Regionlar üzrə ən çox bal toplayanlar – Abşeron-Xızı bölgəsinin ABİTURİYENTLƏRİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


5 mart tarixli buraxılış imtahanının nəticələri artıq ictimaiyyətə açıqlanıb. DİM-in məlumatına görə, Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Arif Nəriman oğlu Hacıyev 296.7 bal toplamaqla ölkə üzrə ən yüksək nəticə göstərən abituriyent olub. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

Ötən gün Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentin adını təqdim etmişdik.


Bu yazıda Abşeron-Xızı Regional Təhsil İdarəsinin əhatə etdiyi Sumqayıt və Xırdalan şəhərləri, Xızı və Abşeron rayonları üzrə ən yüksək bal toplyana abituriyentlərin adlarını diqqətinizə çatdırırıq. 

Yeri gəlmişkən, idarədən bildirilib ki, şagirdlərin bir qismi 5 martda, digər qismi isə 12 martda buraxılış imtahanı verib.

 

Abşeron-Xızı Regional Tədris İdarəsindən saytımıza verilən məlumata görə, həmin regionda 5 mart tarixli buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 292.4 bal toplayıb.

 

Bu, Sumqayıt şəhərindəki 24 nömrəli məktəbin 11-ci sinif şagirdi Nicat Səmədlidir.

 

Abşeron-Xızı Regional Tədris İdarəsi üzrə 5 mart tarixli buraxılış imtahanından ən çox bal toplayaraq ilk "3-lük"ə daxil olan sonrakı şagirdlər bunlardır:
 

Lalə Rəşad qızı Həsənli - Sumqayıt şəhəri TTEL liseyi - 291 bal; 

Səlimə Elvin qızı Xankişili - Sumqayıt şəhəri M.Quliyev adına 3 nömrəli tam orta məktəb  - 291 bal.

İdarədən bu region üzrə digər yüksək bal toplayan şagirdlərin aşağıdakılar olduğu bildirilib:

Qocayev Elmar Elçin oğlu - Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb - 289 bal;

Əsgərzadə Ömər Ruslan oğlu - "İstedad" liseyi - 288 bal;

Mütəllimov Rəvan Azər oğlu - M.Quliyev adına 3 nömrəli tam orta məktəb - 288 bal;

Abdullazadə Rza Nazim oğlu - Sumqayıt şəhəri TTEL liseyi - 285 bal;

Məmmədova Fatimə Saleh qızı - Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb - 283 bal; 

Payızova Nuranə Elşən qızı - Sumqayıt şəhəri 5 nömrəli məktəb - 283 bal; 

Baydullayeva Zöhrə Ramil qızı - Sumqayıt şəhəri TTEL liseyi - 282 bal; 

Muradlı Leyla İftixar qızı - M.Quliyev adına 3 nömrəli tam orta məktəb - 281 bal; 

Həşimli Hafizə Zeynəb Ramil qızı - Sumqayıt şəhəri TTEL lisey - 281 bal; 

Axundova Samirə Samir qızı - M.Quliyev adına 3 nömrəli tam orta məktəb - 277 bal; 

Fərhadov Yelmar Vüsal oğlu - "İstedad" liseyi - 275 bal; 

Səfərli Şahin Rizvan oğlu - Sumqayıt şəhəri 30 nömrəli məktəb - 285.8 bal.