Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 14:45:00
İki xarici dil tədris olunan 9-cular hansından buraxılış imtahanı verməlidir...

Məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagird 9-cu sinif buraxılış imtahanında istədiyi xarici dildən imtahan verə bilərmi?

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən(DİM) AzEdu.az-a bildirilib ki, əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil fənnindən imtahan verəcəklər.