Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 10:57:08
3 nömrəli Uşaq evinin qalmaqallı direktoru işdən ÇIXARILDI

Bu gün Xətai rayonundakı 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının kollektivlə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, müəssisənin rəhbərliyində dəyişiklik edilib - Məhbubə Hüseynova tutduğu vəzifədən kənarlaşdırlıb. Bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.

 

Həmçinin, son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, xeyli vaxtdır ictimaiyyət 3 nömrəli Uşaq evində yaşanan qalmaqallara şahidlik edir. Bir müddət əvvəl uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu orada qanunsuzluqların baş verdiyini iddia etmiş və bununla bağlı video yaymışdı.

"Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən həmin yeniyetmənin açıqlaması sosial şəbəkələrdə əməlli-başlı qalmaqal yaratmışdı. 

Yeniyetmə videogörüntüdə iddia edirdi ki, 3 saylı uşaq evində uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər, müəssisəyə gətirlən ərzaq rəhbərlik tərəfindən mənimsənilir.

Direktor Məhbubə Hüseynova onun səsləndirdiyi iddiaların əsasız olduğunu söyləmişdi.

Sonradan həmin yeniyetmə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş, ardınca oradan çıxarılaraq 3 nömrəli Uşaq evinə qaytarılmışdı.