Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 10:44:00
I qrupa sənəd verən abituriyentlərin nəzərinə - XƏBƏRDARLIQ  

Bu il I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat, fizika və informatika fənlərindən imtahan verəcəklər.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

“Mühəndislik (RK altqrupuna daxil olan) ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən imtahan verəcəklər.

 

Hər iki altqrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.

 

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I qrup üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar”.