Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 10:16:00
Valideynlərin bu səhvi uşaqların gələcəyinə təsir edir

Münaqişə, mübahisələr, fikir ayrılıqları... Uşaqları narahat edən davranışların mənbəyi valideyndirsə, problem daha da dərinləşir. Valideynlərinin mübahisəsinə şahid olan uşağa bu vəziyyət necə təsir edir?

 

AzEdu.az valideynlərin diqqət etməli olduğu nüansları təqdim edir:


Hər ailədə yaşana biləcək mübahisələr bəzən uşaqların inkişafına, psxiologiyasına təsir edə bilir. Bu da uşaqların təhsil həyatını korlayır. Bəs  ailədəki münaqişələri uşaqlara əks etdirmədən həll etmək olarmı?


Gərgin bir mühitin şahidi olan uşağın hissləri də eyni istiqamətdə olacaq. Münaqişələrin davamlı olduğu evlərdə uşaqlar valideynlərindən kifayət qədər sevgi və diqqət ala bilmir. Bu şəkildə böyüyən uşaq həm də bədbəxtdir, çünki o, anasından və atasından sevginin düzgün və sağlam təsvirini görə bilməyib. Bu bədbəxtlik özündə dəyərsizlik hissi yaradır və özünə inamı aşağı salır. Bütün bunları nəzərə alsaq, dava-dalaş olan evdə böyüyən uşaqlarda bir çox neqativ hallar, emosiyalar yarana bilər.


Doğulduğumuz andan ehtiyac duyduğumuz ən əsas duyğu güvən hissidir. Biz bu hissi valideynlərimizin bizə olan şəfqəti, qayğısı və evdəki sakit mühitdən alıb, daha sağlam şəkildə inkişaf edirik. Ancaq davamlı olaraq gərgin və narahat mühitin şahidi olan uşaqlarda bu vəziyyət fərqlidir. Araşdırmalar göstərir ki, davaya şahid olan uşaqların zehni və sosial bacarıqları mənfi təsirlənir və bu vəziyyət yetkinlik dövründə də davam edir.


Mübahisələrin davamlı olduğu evlərdə uşaqların akademik uğurlarının azaldığı görünür. Bu proqnozlaşdırıla bilər, çünki mübahisələr davaya çevrildiyi üçün evdə daim gərgin vəziyyət yaranır. Uşaq da bu gərginlikdən öz payını evdə alır. Evdə valideynlərindən kifayət qədər dəstək və diqqət ala bilməyən uşaq məktəb həyatında çətinlik çəkəcək. Bu cür ailələrdə böyüyən uşaqlarda diqqəti dərslərə yönəltməkdə problemlər ola bilər. Uşağın beynində “Nə olar, dərslərimdə aşağı qiymət alıramsa, bu dəfə də mənə görə dava edəcəklər” kimi yanlış fikir yarana bilər. 

 

Evdə uşaq üçün təhlükəsiz mühiti necə təmin etmək olar?

 

Uşaq körpəlikdən kifayət qədər sevgi və diqqət görürsə, onda güvən hissi yaranır. Bu güvən hissi yetkinlik dövründə sağlam münasibətlərin əsasını təşkil edir. Bu şəkildə böyüyən uşaq valideynlərinin mübahisələrinə, fikir ayrılıqlarına şahid olsa belə, bu həll edilə bilən bir vəziyyətdir. Çünki o bu mübahisələrin həll oluna biləcəyini anlayır.