Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 17:36:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şirvan-Salyan bölgəsinin ABİTURİYENTİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

5 mart tarixli buraxılış imtahanının nəticələri artıq ictimaiyyətə açıqlanıb. DİM-in məlumatına görə, Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Arif Nəriman oğlu Hacıyev 296.7 bal toplamaqla ölkə üzrə ən yüksək nəticə göstərən abituriyent olub. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdi?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün kiçik araşdırma aparır.

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edəcəyik.

İlk araşdırma yazısına Şirvan-Salyan Regional Tədris İdarəsindən başladıq. Qeyd edək ki, bu regional idarə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan və Neftçala rayonlarının məktəblərini əhatə edir

Şirvan-Salyan Regional Tədris İdarəsindən saytımıza verilən məlumata görə, həmin regionda 5 mart tarixli buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 285 bal toplayıb.

Bu, Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Şövqi Əli oğlu İsayevdir. 

Şövqiyə qəbul imtahanlarında da uğurlar arzulayırıq.