Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 13:43:52
Sertifikasiya ilə bağlı növbəti maarifləndirmə keçirilib    

11 aprel tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə görüş təşkil olunub.

 

ARTİ-dən AzEdu.az-a bildirilib ki, görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.