Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 11:29:00
UNEC-in tanınmış məzunları - Nazirlər, deputatlar, bankirlər... - SİYAHI

Hazırda yüksək mövqelər tutan əksər vəzifəli şəxslər vaxtilə Azərbaycanın müxtəlif universitetlərində tələbə olublar. 

Bu gün ictimai, siyasi, iqtisadi, mədəniyyət, elm, idman sahələrində söz sahibi olan simaların hansı universitetlərdən məzun olduqları yəqin ki, oxucularımız üçün maraqlıdır. 


AzEdu.az
 portalı universitetlərin tanınmış məzunlarını silsilə yazılarla sizə təqdim edəcək.


İlk olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) başlayaq. 

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 10 fakültə fəaliyyət göstərir, 22 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır.

1000-dən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 77 professor, 326 dosent çalışır.

UNEC-də dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistr təhsil alır. Universitetin rektoru iqtisad elmləri doktoru Ədalət Muradovdur.
 

UNEC məzunları arasında Azərbaycanın müxtəlif sahələrində tanınmış şəxslər var. Gəlin onlarla tanış olaq: 

 

Mikayıl Cabbarov - İqtisadiyyat naziri;

 

Ceyhun Bayramov - Xarici işlər naziri;

 

Şahin Mustafayev - Baş nazirin müavini;

 

Muxtar Babayev - Ekologiya və təbii sərvətlər naziri;

 

Fərid Qayıbov - Gənclər və idman naziri;

 

Səttar Möhbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı;

 

Vüqar Gülməmmədov - Hesablama Palatasının sədri;

 

Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi; 

 

Ramin Quluzadə - Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri; 

 

Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi;

 

Kərəm Həsənov - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri;

 

Azər Əmiraslanov - Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri; 

 

Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti; 
 

Firudin Qurbanov - Elm və təhsil nazirinin müavini; 

 

İdris İsayev - Elm və təhsil nazirinin müavini; 

 

Sevinc Həsənova - İqtisadiyyat nazirinin müavini; 

 

Şirzad Abdullayev - İqtisadiyyat nazirinin müşaviri;

 

Azər Bayramov - Maliyyə nazirinin müavini;

 

Sahib Məmmədov - İqtisadiyyat nazirinin müavini;

 

Məmməd Musayev - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti;

 

Vüsal Qasımlı - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru; 

 

İlqar Rəhimov - Milli Paralimpiya Komitəsinin prezidenti;

 

Rüfət Rüstəmzadə - Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini;

 

Rəşad Mafusov - Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini;

 

Rauf Səlimov - Dövlət Statistika Komitəsi sədrinin müavini;

 

Cabbar Musayev - Dövlət Statistika Komitəsinin Aparat rəhbəri;

 

Fərhad Hacıyev - Gənclər və idman nazirinin müavini;

 

Süleyman Qasımov - AR Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti;

 

Fərhad Tağı-zadə - General-leytenant;

 

Ziyad Səmədzadə - deputat;

 

Mikayıl İsmayılov - AR Dövlət Neft Şirkətinin vitse-prezidenti; 

 

Vahab Məmmədov - Dövlət Statistika Komitəsi sədrinin birinci müavini; 

 

Yusif Yusifov - Dövlət Statistika Komitəsi sədrinin müavini;

 

Fəxrəddin İsmayılov - Auditorlar Palatası sədrinin müavini; 

 

Xalid Əhədov - Birinci vitse-prezidentin köməkçisi;

 

Emin Hüseynov - Birinci vitse-prezidentin köməkçisi;

 

Qəşəm Bayramov - Auditorlar Palatası Aparatının rəhbəri; 

 

 

Tahir Mirkişili - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri;

 

Əli Məsimli - deputat;
 

Vüqar Bayramov - deputat

 

Eldar Quliyev - deputat; 

 

Əli Nuriyev - AMEA-nın müxbir üzvü

 

İqbal Məmmədov - deputat;

 

Şahin Əliyev - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi

 

Şahin Bayramov - Mingəçevir Dövlət Universitetinin rektoru

 

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru

 

Elnur Rzayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

 

Kamran İbrahimov - “Azərpoçt” MMC-nin baş direktor müavini

 

Alim Quliyev - Mərkəzi Bankın sədrinin birinci müavini

 

Vadim Xubanov - Mərkəzi Bankın sədrinin müavini

 

Aftandil Babayev - Mərkəzi Bankın sədrinin müavini

 

Mehman Məmmədov - “Expressbank” ASC-nin İdarə Heyətinin sədri

 

Anar Həsənov - AccessBankın İdarə Heyətinin sədri

 

 

Rövşən Allahverdiyev - "Kapital Bank"ın İdarə Heyətinin sədri

 

Fərid Hüseynov - "Kapital Bank"ın İdarə Heyəti sədrinin I müavini

 
Rza Sadiq - “Bank BTB” Müşahidə Şurasının sədri

 

Elnur Qurbanov - “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri;

 

Zaur Qaraisayev -  “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri; 

 

Kamal İbrahimov - “Baku Steel Company” şirkətinin direktoru.